“Onlar ağlayırdılar, çünki ac idilər” - Rohingya böhranı ÖZƏL – Video

Münaqişələr 17:57 12.09.2017

BMT-nin Qaçqınlarla iş üzrə Ali Komissarlığının mətbuat katibinin dediyinə görə, son iki həftədə Myanmarda məruz qaldıqları zorakılıq hallarından qaçmaq üçün Banqladeşə qaçmış Rohingya müsəlmanlarının sayı 270 000 nəfərə çatıb.

BMT rəsmisi bildirib ki, Myanmarda əksəriyyəti Rohingya müsəlmanları olmaqla minlərlə adam qətlə yetirilib.

“Rəqəmlər narahat olmağa əsas verir. Bu, o deməkdir ki, biz cavab tədbirləri görməliyik və Myanmardakı vəziyyət təcili olaraq yoluna qoyulmalıdır".

Frilans jurnalist Arman Şafiq Rohingya qaçqınlarının min bir əziyyətlə pənah gətirdikləri Banqladeşin Teknaf regionunda yaşadıqları dəhşətləri, düşdükləri real vəziyyəti əks etdirən şəkilləri və videonu Eurasia Diary-ə göndərib.

Onun Myanmar müsəlmanlarının dəhşətli vəziyyəti ilə bağlı təəssüratlarını olduğu kimi sizlərlə bölüşürük.

“Keçən həftə Rohingya qaçqınlarını görmək üçün Teknafa getdim. Bu həyatımın ən çətin səfərlərindən idi. Ora hər gün minlərlə insan axın edir. Bu insanlar Banqladeşə çatana kimi 7-9 günlük yol qət etməli olur. Yolda heç yemək də yemirlər. Ancaq ağacların yarpaqlarını ya da başqa şeylər yeyirlər. Banqladeşə gəldikdən sonra onları burada nə gözlədiyini də bilmirlər.

Rohingya qaçqınlarının əksəriyyəti uşaqlardır. Onlar ərzaq çatışmazlığı problemini yaşayır. Yeməyə heç nələri yoxdur. Yanlarından keçərkən çox sayda uşaq, qadın və yaşlıların ac olduqları üçün hönkürtü ilə ağlayarkən gördüm. Nəsə yemək istəyirdilər. Uşaqlar və yaşlı insanlar böyük çətinliklər çəkirdi. Myanmar buddistləri gecə hamının yatdığı vaxt hücum etdikləri üçün uşaqların çoxunun üzərində paltar yox idi. Təkcə canlarının götürüb qaçmışdılar.

Uşaqların çoxu Banqladeşə təkbaşına gəlmişdi. Valideynləri öldürülmüşdü. Kimsəsiz idilər. Əksəriyyəti 3-7 yaşlarında idi.  Bir qadın 5 körpə ilə gəlmişdi. Soruşdum ki, bu onun uşaqlarıdır ya yox. O dedi ki onlardan ancaq biri onun uşağıdır, qalan dördü bütün ailəsi Myanma ordusu tərəfindən qətlə yetirilən qardaşının uşaqlarıdır. O, Banqladeşə gələndə digər uşaqlar onun yanına düşüb gəlib. Onlar açıq havada oturmuşdu. Nə yediklərini soruşanda dedi ki, o və uşaqlar son 9 gündə heç bir yeməyib. Banqladeşə gələndə ağacların yarpaqlarını yeyiblər. Banqladeşə çatanda onlara 3 orsalaine və 4 kiçik peçenye paketi veribler. Uşaqlar ac olduqlarına görə ayaq üstə güclə dururdular. Demək olar ki, hamısının vəziyyəti eyni idi. Heç kim düzgün qidalanmır.

Hökumət onlara Banqladeşə gəlməyə icazə verir. Hökumətin bu qərarı təqdirəlayiqdir. Onlar ilkin sığınacaq yeri və ərzaqla təmin olunmaq üçün Banqladeşə gəlib. İnsanlar gündəlik olaraq ərzaq, geyim istehlak edir lakin, onların tələbatının 5%-i belə ödənmir. Dövlət də onlara yardım etmək istəyir ancaq, müxtəlif yerlərdə olduqları üçün edə bilmir. Onların  əksəriyyətinin sığınacağa ehtiyacı var. Açıq havada qalıblar. Balaca uşaqların bəziləri 4-5 gün ard-arda yağışın altında qalır. Yalnız adi camaatın birgə yardımı onları ümidləndirir.
Onların bizim köməyimizə ehtiyacları var. Onlar kiminsə bir az yemək gətirəcəyi gözləntisiylə küçədə yola gözlərini dikir və ərzaq dolu maşın gələrkən onun arxasınca qaçırlar. Bu dözülməz qeyri-insani vəziyyətdir. Yemək, ev, paltar, dərman yoxdur, yalnızca sağ  qalmış ruhlar var. Banqladeşə gələrkən yolda doğulmuş uşaqlar var, eləcə də çox sayda uşaq düşərgədə doğulub. Onların böyük problemləri var. Analar yemək yemədiyi üçün yeni doğulan körpələrini lazımınca qidalandıra bilmir Mən müxtəlif təbii fəlakətlər zamanı könüllü kimi insanların yanında olmuşam lakin bu indiyədək gördüyüm ən qeyri-insani durumdur. Gəlin   onlara bir yerdə kömək edək. Onlar bizdən yardım və mənəvi dəstək gözləyir. Biz dünyada ən köməksiz vəziyyətdə olan insanlara öz insanlığımızı göstərə bilərik.
Arman Şafiq, xüsusi olaraq Eurasia Diary üçün”

 

BAMF-ın Özbəkistan təmsilçisi Şuxrat Barlas "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - FOTOLAR - VİDEO

Xəbər xətti

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib
Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib
23:00 12.05.2024
Quba və Xaçmaza dolu yağır
Quba və Xaçmaza dolu yağır
22:40 12.05.2024
Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
22:20 12.05.2024
Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 143 nəfərə çatıb
Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 143 nəfərə çatıb
22:00 12.05.2024
Gürcüstanın daxili işlər naziri nümayişçilərə xəbərdarlıq edib
Gürcüstanın daxili işlər naziri nümayişçilərə xəbərdarlıq edib
21:40 12.05.2024
Nigerlə Benin arasında neft qalmaqalı yaşanır
21:20 12.05.2024
Gürcüstan parlamenti mayın 14-də qalmaqallı qanuna üçüncü oxunuşda baxacaq
Gürcüstan parlamenti mayın 14-də qalmaqallı qanuna üçüncü oxunuşda baxacaq
21:00 12.05.2024
Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək
Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək
20:45 12.05.2024
Şuşada 23 rəssamın əsərləri nümayiş olunur
20:30 12.05.2024
Şuşada “Xarıbülbül” beynəlxalq musiqi festivalı davam edir
Şuşada “Xarıbülbül” beynəlxalq musiqi festivalı davam edir
20:20 12.05.2024
Ruslar Antalyanı tərk edirlər - SƏBƏB
Ruslar Antalyanı tərk edirlər - SƏBƏB
20:00 12.05.2024
Premyer Liqa: "Sabah" səfərdə "Qəbələ"yə uduzub
19:40 12.05.2024
Gürcüstan Prezidenti Tbilisidə etiraz iştrakçilarını diqqətli olmağa çağırıb
19:20 12.05.2024
NASA Marsa 2 ayda gedə biləcək raket hazılayır
19:00 12.05.2024
ATƏT sədrinin Cənubi Qafqaza səfərinin vaxtı məlum olub
18:40 12.05.2024
XİN Braziliyaya başsağlığı ünvanlayıb - FOTO
18:20 12.05.2024
Yunanıstanın baş naziri Miçotakis Türkiyəyə gedir
Yunanıstanın baş naziri Miçotakis Türkiyəyə gedir
18:00 12.05.2024
İndoneziyada daşqınlar və torpaq sürüşmələri nəticəsində 28 nəfər ölüb
17:40 12.05.2024
Britaniya Qəzzaya humanitar yardım çatdırmaq üçün qoşun göndərməyəcək
17:20 12.05.2024
Sahibə Qafarova Özbəkistanda Asiya Qadın Forumunda iştirak edəcək
17:00 12.05.2024
DİM: 70 nəfər dövlət qulluğunda fəaliyyətini davam etdirəcək
DİM: 70 nəfər dövlət qulluğunda fəaliyyətini davam etdirəcək
16:40 12.05.2024
Rusiyanın bu ölkədəki səfiri öldü
16:20 12.05.2024
Xalq Artisti Şamil Süleymanov Şuşada olan bərpadan danışdı - VİDEO
Xalq Artisti Şamil Süleymanov Şuşada olan bərpadan danışdı - VİDEO
16:07 12.05.2024
Roma Papası hökümətləri demoqrafik böhranla mübarizəyə çağırdı
Roma Papası hökümətləri demoqrafik böhranla mübarizəyə çağırdı
16:00 12.05.2024
Gürcü bloqer Uça Abaşidze və xanımı həbs edilib
15:40 12.05.2024
Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayır
Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayır
15:20 12.05.2024
İqlim aktivisti Qreta yenidən İsveçdə saxlanıldı
İqlim aktivisti Qreta yenidən İsveçdə saxlanıldı
15:00 12.05.2024
Zaxarova “Eurovision” mahnı müsabiqəsini Qərbi Avropanın “cənazəsi” adlandırdı
14:40 12.05.2024
Ukrayna Belqorod şəhərinə zərbə endirdi: 4 ölü, 21 yaralı var
14:20 12.05.2024
Nepal alpinisti Everest dağını 29-cu dəfə fəth edib
Nepal alpinisti Everest dağını 29-cu dəfə fəth edib
14:00 12.05.2024
Ermənistanda hərbi xidmətdən yayınmağın qarşısını almaq üçün qaydalar sərtləşdirilib
13:40 12.05.2024
Gürcüstan parlamentində “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə III oxunuşda baxılacaq
13:20 12.05.2024
Şalva Papuaşvili: Aİ və NATO-nun qapıları neçə illərdir üzümüzə bağlıdır
13:00 12.05.2024
Venesuela Qayana ilə mübahisəli ərazidə körpü tikir
12:40 12.05.2024
Ərdoğan və Miçotakis bir sıra sahələr üzrə əməkdaşlıq sazişləri imzalayacaqlar
12:20 12.05.2024
Şimali Koreya yeni çoxvektorlu atəş sistemini sınaqdan keçirib
Şimali Koreya yeni çoxvektorlu atəş sistemini sınaqdan keçirib
12:00 12.05.2024
Əksər rayonlara yağış yağıb, şimal-qərb küləyi əsib - FAKTİKİ HAVA
11:40 12.05.2024
“Azərkosmos” Dubayda keçiriləcək beynəlxalq sərgidə iştirak edəcək
11:20 12.05.2024
Makron Olimpiada ərəfəsində “yoxsulluğu ört-basdır etməkdə” İTTİHAM OLUNUR - FOTO
Makron Olimpiada ərəfəsində “yoxsulluğu ört-basdır etməkdə” İTTİHAM OLUNUR - FOTO
11:00 12.05.2024
Çexiya Prezidenti Ukraynanın NATO-ya daxil olması ilə bağlı planlarını açıqlayıb
10:40 12.05.2024
Hamısı