Yəmənin Maarib əyalətində Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələrinin hava zərbələri nəticəsində azı 10 qadın həyatını itirib.
Bu barədə bazar günü "Saba" agentliyi məlumat yayıb.
Bildirilir ki, aviasiyanın hədəfinə Harib əl-Qaramiş rayonunda keçirilən toy mərasimindən qayıdan bir qrup qadın olub.