İŞİD terror təşkilatı döyüşçüləri Kərkük-Bağdad magistralındakı nəzarət keçid məntəqəsinə hücum edib.
Xarici media xəbər verir ki, hücum zamanı azı 10 dinc sakin həlak olub.
Bununla bağlı Diyalə polis idarəsindən məlumat verilib. Bildirilib ki, 5 dinc sakin isə ağır vəziyyətdə xəstəxanalara çatdırılıb. (teleqraf.com)