“Zeytun budağı” hərəkatı zamanı Afrinin yaxınlığındakı Culiana Kilsəsinin və Brat Monastrının TSQ tərəfindən dağıdılması haqda yayılan xəbərlər həqiqəti əks etdirmir.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi açıqlama yayıb.
“Türkiyə Hava Qüvvələri sözügedən abidələrin yerləşdiyi ərazilərdə heç vaxt əməliyyat keçirməyib. Bu əsassız xəbəri yayanlar kiçik araşdırma aparsalar görərlər ki, Culiana Kilsəsi 2013-cü ildə silahlı qruplaşmalar tərəfindən dağıdılıb”, - açıqlamada deyilir.