TSQ və ASO birləşmələrinin PKK/YPG terrorçularından təmizlədiyi Afrində yeraltı xəstəxana tapılıb.
50 metr uzunluğunda tibb ocağının mahal mərkəzindəki xəstəxanaya bağlı olduğu müəyyənləşdirilib. Xəstəxanada rentgen aparatı və ABŞ istehsalı tibbi yardım məmulatları aşkar edilib. Terrorçuların təhlükəsizlik qüvvələrindən gizlənmək məqsədilə belə bir addım atdıqları üzə çıxıb.
Qeyd edək ki, TSQ və ASO bir müddət öncə Afrini terrorçulardan azad edib.(Axar.az)