Terroristlərin Afrindən qaçarkən bir çox ev və iş yerlərinə, cansız uşaq fiquruna əl istehsalı partlayıcı yerləşdirdikləri məlum olub.
Türk Silahlı Qüvvələri (TSQ) və Azad Suriya Ordusu (ASO) tərəfindən terror təşkilatı PKK/PYD-YPG-dən təmizlənən Afrin şəhərində yaşayış normal vəziyyətə dönüb.
Terroristlərin buradan qaçarkən bölgədəki bir çox yerdə əl istehsalı partlayıcı yerləşdirməsi səbəbindən əsgərlər tərəfindən bombaların axtarışları və zərərsiz hala gətirilməsi davam edir.