Terrorçulara qarşı aparılan əməliyyatda Afrin mərkəzinin PKK-dan təmizlənməsinin ardından bölgədəki partlayıcı və tələlərin zərərsizləşdirilməsi davam edir.
Türk əsgərləri və Azad Suriya Ordusu (ASO) birliklərinin terrorçulardan təmizlədiyi Afrində axtarış tədbirləri nəticəsində maraqlı görüntülər ortaya çıxıb.
Arşeli bölgəsində təsbit edilən yatağın altına gizlədilmiş EYP nəzarərət sistemi ləğv edilib.
Türkiyə Silahlı Qüvvələrinin məlumatına görə, dünən axşam saatlarında Afrin rayonu mərkəzindəevlərə qoyulan 103 ədəd əl istehsalı partlayıcı, mərkəzin 3 km cənubunda toplanaraq partladılıb.
Xatırladaq ki, TSQ və ASO birlikləri martın 18-də Afrini terrorçulardan təmizləmişdi.(metbuat.az)