Yəmənin qərbindəki Hudeydə şəhərində koalisiya qüvvələri ilə husi üsyançıları arasında hava limanının nəzarətə alınması məqsədilə döyüşlər şiddətlənib.
Koalisiya qüvvələrinin zərbələri nəticəsində 250-yə yaxın üsyançı həlak olub.
Qeyd olunur ki, bölgədə döyüşlər davam etdirilir. Digər təfərrüatlar barədə məlumat verilməyib.