Bu gün Tərtərin Həsənqaya kəndində yerləşən qoşunların təmas xəttinə yaxın mövqedə kənd sakini 22 yaşlı Həsənov Azad Kamandar oğlu minaya düşüb.
Eurasia Diary-nin verdiyi xəbərə görə, yaralı Bərdə Rayon Mərkəzi xəstəxanasına çatdırılaraq əməliyyat olunub. Ayağı amputasiya edilib.
Qeyd edək ki, Həsənov Azad Kamandar oğlu 2016-cı il aprelin 5-də ermənilərin yaşayış məntəqələrini artilleriya zərbələri ilə atəşə tutması nəticəsində həlak olan 16 yaşlı Həsənova Turanə Kamandar qızının qardaşıdır.
Həmin gün səhər saatlarında Tərtər rayonunun Həsənqaya kəndində yaşadığı evə atılmış mərminin partlaması nəticəsində Həsənova Turanə çoxsaylı qəlpə xəsarətləri alaraq hadisə yerində vəfat etmişdi.
Ailə Kəlbəcər rayonundan məcburi köçkün düşüb və Həsənqaya kəndində məskunlaşıb.