"Ukraynanın Jitomir şəhəri yaxınlığındakı magistral yolda iki güclü partlayış baş verib".
EDnews xəbər verir ki, bu barədə Jitomir vilayət hərbi administrasiyasının rəhbəri Vitali Buneçko bildirib.
"İki nəfərin öldüyünü, 15 nəfərin yaralandığını təsdiqləyə bilərik", - deyə Buneçko vurğulayıb.
O qeyd edib ki, partlayış nəticəsində fərdi yaşayış evləri də zərər görüb.