İsrail Dəməşqin altını üstünə çevirdi

Münaqişələr 16:40 26.12.2018

KİV-lər İsrail aviasiyasının ötən gün dekabrın 25-də axşam Dəməşq ətrafına endirdiyi kütləvi aviazərbələrə dair yeni təfərrüatları çatdırır. Bildirilir ki, Suriya Hava Hücumundan Müdafiə qüvvələri İsrail təyyarələrini vurmağa cəhd edərkən S-200 zenit-raket komplekslərini tətbiq edib. İsrailin Hava Hücumundan Müdafiə sistemi işə düşüb və “Petriot” raketləri buraxılıb. Sosial şəbəkələrdə yayılan məlumatlara görə İsrailin Suriya ilə həmsərhəd bölgələrinin sakinləri ötən gecə güclü partlayışlar eşidiblər. Bunlar “Patriot” PAC-2GEM raketləri idi və Suriyanın S-200 raketlərinə qarşı buraxılmışdı.

Xəbərlərə görə Suriya raketləri Dəməşqə zərbələr endirən İsrail F-16 bombardmançılarına qarşı buraxılıb. Lakin həmin vaxt təyyarələr artıq İsrailin nəzarətində olan  Golan yüksəkliklərinin üzərində idi.

İsrailin DEBKA portalı Suriyaya hava zərbələrinin iki dalğada həyata keçirildiyini bildirir. “Etibarlı amerikalı mənbələrə” istinad edən sayt yazır ki, birinci dalğada F-16 “Sufa” bombardmançıları istifadə olunub. Onlar “Delilah” qanadlı raketləri ilə zərbələr endiriblər.

Suriya mənbələri iddia edir ki, bütün “Delilah” raketləri vurulub, hərçənd bunu təsdiq edən heç bir dəlil təqdim olunmur.

DEBKA bildirir ki, İsrail aviasiyası ikinci dalğada GB-39 “ağıllı” bombalarını tətbiq ediblər. Birinci dalğanın o qədər də uğurlu olmamasından sonra İsrail ordusu F-35 “Adir” qırıcılarını işə salıb. Məlumata görə zərbələrin əsas hədəfi “Hizbullah”a və İrana aid obyektlər yox, Suriya ordusunun obyektləri olub.

Suriya və Livan qaynaqları hücumun yarım saat çəkdiyini bildirir. Suriya qaynaqları onu da bildirir ki, İsrailin ötən gecəki hücumu çox təhlükəli eskalasiyadır. Çünki hücum nəticəsində İranın İnqilab Keşikçiləri Korpusunun “Əl-Qüds” briqadasının “çox yüksək rütbəli komandiri” öldürülüb. Lakin digər mənbələr bu məlumatı təsdiqləmir.

***

Ötən gün dekabrın 25-də axşam İsrail aviasiyası Suriyanın paytaxtı Dəməşq yaxınlığındakı hədəfə kütləvi raket zərbələri endirib. Rəsmi Dəməşq bildirir ki, İsrail Hərbi Hava Qüvvələrinin təyyarələri raketləri Livanın hava məkanından buraxıblar və onlardan çoxu vurulub. Suriya ordusunun 3 əsgəri yaralanıb.

Lakin Suriya müxalif qaynaqları bildirir ki, hədəf Suriya ordusunun 10-cu diviziyasının  Dəməşqdən qərbdə, Katana yaşayış məntəqəsində yerləşən qərargahı olub. Habelə Suriya İnsan Haqları Monitorinq Qrupu “Hizbullah”a və İrana məxsus olan üç silah anbarının vurulduğunu bildirir.

İsrail Müdafiə Ordusu həmişə olduğu kimi bu dəfə də Suriyaya hava zərbələrinə dair heç bir şərh verməyib, məlumatı təsdiq və ya təkzib etməyib. İsrail KİV-ləri Suriyadakı mənbələrə istinadən xəbər verir ki, hücum zamanı azı 22 raket buraxılıb.

 

KİV-lərdən biri Livandakı mənbəyə istinadən xəbər verir ki, Dəməşqdən qərbdəki Sabur rayonuna endirilən zərbə nəticəsində İran istehsalı olan “Fəcr-5” raketlərinin (75 kilometr mənzilli) anbarı vurulub. Anbarı Bəşər Əsədin qardaşı, general Mahir Əsədin 4-cü diviziyasının əsgərləri mühafizə edirdi.  Habelə Dimas rayonunda, yerli məktəbdə yerləşən “Hizbullah” qərargahı da vurulub. Bundan əlavə Saburda 4-cü diviziyanın qərargahı, Katanada 10-cu diviziyanın qərargahı raket zərbələrinə tuş gəlib. Dəməşqdən şimaldakı Əl-Tal şəhəri yaxınlığında hərbi zavod vurulub. Bundan əlavə İsrail raketləri Xan əş-Şeyx rayonunda  68-ci Suriya briqadasının və 137-ci artilleriya diviziyonunun qərargahlarında da partlayıb.

“Newsweek” jurnalının saytı isə Pentaqondakı mənbəyə istinad edib yazır ki,raket zərbələri nəticəsində Dəməşq aeroportund Livanda mənzillənmiş şiə terrorçu qruplaşması “Hizbullah”ın bir neçə yüksək rütbəli mənsubu da zərər çəkib. Onların Tehrana uçmağa hazırlaşarkən vurulduğu bildirilir. Məlumata görə mənbə bu haqda İsrail hərbçilərindən eşidib.

Dəməşq bildirir ki, söhbət İsrailin 2018-ci il sentyabrın 17-də Rusiyanın İl-20 kəşfiyyat təyyarəsinin Suriya Hava Hücumundan Müdafiə qüvvələri tərəfindən İsrail təyyarələrinin hücumunu dəf etməyə cəhd göstərərkən vurulması insidentindən bəri həyata keçirilən ən irimiqyaslı hücumdur. Həmin insidentdə 18 Rusiya hərbçisi həlak olub. Moskva insidentə görə günahı İsrailin üzərinə atıb və Suriyanı təcili qaydada S-300 PMU “Favorit” zenit-raket kompleksləri ilə təchiz edib.

İsrail KİV-ləri onu da bildirir ki, Dəməşqdən qərbdəki hədəfə zərbələr İranın “Fars Air Qeshm” hava yolları şirkətinə aid “Boeing 747” təyyarəsinin Dəməşq beynəlxalq aeroportuna enməsindən bir neçə saat sonra endirilib. Həmin təyyarənin Suriyaya İrandan hərbi avadanlıqlar və ya silahlar gətirdiyi təxmin edilir. Bundan əvvəl dəfələrlə bildirilmişdi ki, İranın bu şirkətinin mülki təyyarələri Suriyaya hərbi yüklər daşıyır.

Habelə qeyd olunur ki, hücumun hədəfi Beyrutdan Dəməşqə təxminən saat 16.00 radələrində gələn “Hizbullah” nümayəndə heyəti ola bilərdi. Yüksək rütbəli “Hizbullah”çılar İranda ötən gün vəfat edən ayətullah, dini lider Xamneyinin varisi hesab edilən Haşemi Şahrudinin dəfnində iştirak etmək üçün Tehrana yola düşməyə hazırlaşırdı.

Livan nəşrlərindən biri xəbər verir ki, bu kütləvi hücuma cavab olaraq İran, Suriya və “Hizbullah” İsrailə cavab zərbələri endirməyə hazırlaşır. Bu gün səhər saatlarında İsrail Müdafiə Ordusu hava hücumundan müdafiə sisteminin Suriya ərazisindən buraxılan raketlərə qarşı işə düşdüyünü, hərbi və mülki obyektlərə heç bir zərər dəymədiyini bildirib. Bu, İsrail tərəfinin baş verənlərə dair yeganə şərhidir.

Tvitter-də yayılan videokadrlarda İsrailin raket hücumunun epizodlarından biri yer alır. Həmin videoya yazılan şərhlərə əsasən Suriyanın “S-125 “Neva” zenit-raket kompleksi İsrail raketlərindən birini vurmağa çalışır, amma sonda Dəməşq ətrafındakı binalardan birini vurur.

Rusiya senatoru Aleksey Puşkov Suriyaya raket zərbələrindən sonra bildirib ki, bu ölkəyə S-300 komplekslərinin verilməsi suriyalı hərbçilərin raket hücumlarını dəf etmək imkanlarını kəskin artırıb. Görünür senator Suriya rəsmi KİV-lərinin İsrail raketlərinin “əksəriyyətinin vurulduğu” barədə məlumatından ruhlanaraq Tvitter-də belə yazıb. Hərçənd Suriya rəsmi qaynaqları İsrail raketlərinə qarşı S-300 sistemlərinin tətbiq edildiyi haqda heç nə demir.

Hərçənd Suriya müxalif qaynaqları HHM sistemlərinin İsrail raketlərinə qarşı xüsusi effektivliyi ilə fərqlənmədiyini bildirir. Raket zərbələri nəticəsində xeyli zərər dəydiyi və itkilərin olduğu haqda xəbərlər daxil olmaqdadır.

 


Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Tramp bir neçə ölkəyə qarşı gömrük rüsumları tətbiq etdi
22:22 07.07.2025
Fransada deputat intihar edib
21:45 07.07.2025
Abşeronda yaşayış binasında partlayış baş verib
21:42 07.07.2025
Fransa Epars adalarını niyə qaytarmır? -Analitik Baxış
21:16 07.07.2025
Husilər İsrailin strateji obyektlərinə hipersəs raketlərlə hücum ediblər
20:53 07.07.2025
"Netanyahu sizi buna inandırmağa çalışır"
20:27 07.07.2025
Niyə kökəlirik?
19:54 07.07.2025
Tokayev Xankəndi Zirvəsinə niyə gəlmədi?
19:29 07.07.2025
Ötən il 200-dən çox şəxs vərəmdən ölüb
19:03 07.07.2025
"Nüvə proqramı üzrə danışıqlar aparmağa hazırıq"
18:36 07.07.2025
Makron daxili problemləri yeni seçki ilə həll etmək istəyir
18:23 07.07.2025
"Rusiya azı 2027-ci ilə qədər hücum qabiliyyətini qorumağa qadirdir"
18:08 07.07.2025
Şimali Makedoniyadan dəvə idxalına məhdudiyyət qoyulub
17:53 07.07.2025
Fransada kütləvi arı hücumu baş verib - 24 nəfər yaralanıb
17:38 07.07.2025
Növbəti ildə Qarabağ Universitetində açılacaq fakültələr məlum oldu
17:23 07.07.2025
Paşinyan Ermənistan konstitusiyasını dəyişə biləcəkmi?
17:14 07.07.2025
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
17:09 07.07.2025
Paraşutla tullandı, qayaya çırpılıb həlak oldu
17:07 07.07.2025
Hamısı