Teraktlarla bağlı əvvəlcədən kəşfiyyat məlumatı almışdıq.
Eurasia Diary Axar.az-a istinadla xəbər verir ki, bu sözləri Şri Lanka Baş naziri Ranil Vikramasinqxe deyib.
"Lakin təəssüf ki, lazımi qədər təhlükəsizlik tədbirləri görülmədi. Təbii, bunun da səbəbləri araşdırılacaq. Bizə gələn məlumata görə, hadisəni şrilankalılar törədib.
Bir çox ölkə lideri bizə kömək etməyə hazır olduqlarını bildirir. Ola bilsin ki, istintaq prosesində onların köməyindən yararlanaq", - Baş nazir bildirib.
Qeyd edək ki, ötən gün Şri Lankada törədilən partlayışlar nəticəsində 215 nəfər ölüb, 450 nəfər yaralanıb.