Türkiyənin Bitlis bölgəsində PKK terror təşkilatı tərəfindən təşkil edilən raket hücumu nəticəsində bir mayor şəhid olub.
Eurasia Diary xəbər verir ki, əldə olunan məlumata görə, hücum Bitlis bölgəsinin Bölükyazı mahalında baş verib.
Bitlis Mərkəz bölgə komandiri Zəfər Akkuşun xidməti maşını terrorrçular tərəfindən raket hücumuna məruz qalıb. Hücum nəticəsində mayor Akkuş və onun sürücüsü və cangüdəni yaralanıb.
Bitlis Dövlət Xəstəxanasına yerləşdirilən mayor Akkuş bütün müdaxilələrə baxmayaraq keçinib.