Əsəd rejimi bu bölgəni xəritədən silməyə çalışır | Eurasia Diary - ednews.net

24 Avqust, Şənbə


Əsəd rejimi bu bölgəni xəritədən silməyə çalışır

Münaqişələr A- A A+

Bəşər Əsəd rejimi və dəstəkçilərinə aid hərbi təyyarələr İdlib gərginliyi azaltma bölgəsi sərhədləri içərisindəki Xan Şeyhuna iki gündür davamlı hücumlar edir.

Eurasia Diary xəbər verir ki, İdlib Mülki Müdafiə rəhbəri Mustafa Həc Yusif fevral ayından davam edən hücumlara görə bölgədəki əhalinin təxliyə edildiyini, yaşayış məntəqələri və idarələrin istifadəyə yararsız hala düşdüyünü deyib.

“Xan Şeyhunda sadəcə heyvanlar yaşamasına baxmayaraq, hücumlar dayanmır. Rejim və dəstəkçiləri Xan Şeyhunu xəritədən silməyə çalışır”, - Yusif bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...