"Erməni xalqı Qarabağı Ermənistana birləşdirmək istəsəydi..." erməni fəaldan maraqlı etiraflar - EKSKLÜZİV

Münaqişələr 10:28 04.09.2019

2 sentyabr Qarabağ erməniləri üçün “milli bayram”dır. Belə ki, 1991-ci ilin bu günündə Qarabağ erməniləri azərbaycanlıların iştirakı olmadan keçirilən refendum nəticəsində Azərbaycan SSRİ-nin tərkibindən çıxmaq haqqında heç bir qanuna və hüquqa uyğun olmayan qərar qəbul etmişdilər. Və ermənilər 28 ildir ki, Qondarma respublikada bu qondarma bayramı qeyd edirlər.

Bəs bu “bayram”ı bütün ermənilər qeyd edirmi? Və ümumiyyətlə Qarabağdan və Ermənistandan kənarda yaşayan ermənilərin Qarabağın müstəqilliyinə yanaşması necədir?

Bu suallara aydınlıq gətirmək üçün erməni əsilli Rusiya vətəndaşı Erik Xaçaturovla (Xaçaturyan) əlaqə saxladıq. O, Eurasia Diary-ə açıqlamasında Qarabağda keçirilən bayram tədbirinin əlehinə olduğunu bildirib:

erik xaçaturov ile ilgili görsel sonucu

“Mən Qarabağda yaşamıram. Orada yaşayan əhalinin fikirləri və yaşayışı ilə bağlı da məlumatlı deyiləm. Bildiyim tək şey budur ki, Qarabağ dünya dövlətləri tərəfindən müstəqil respublika kimi tanınmır. Eləcə də Ermənistan 28 ildir ki, Qarabağın müstəqilliyini tanımır. Çünki hər kəs bilir ki, Qarabağ qanuni olaraq Azərbaycana aiddir və işğal altındadır”.

Ermənistandakı iqtidarı populizmdə günahlandıran E.Xaçaturov Ermənistanda yaşayan adi insanlara müharibənin lazım olmadığını deyib:

“Miatsum çağırışları edən Paşinyan sadəcə populizmlə məşğuldur və o belə açıqlamalar verməyə məcburdur. Əslində isə Ermənistanda və Qarabağda heç kim Qarabağın Ermənistana birləşdirilməsini istəmir. Çünki bu yeni bir müharibənin başlanması və yenidən gənclərin qırılmasına gətirib çıxara bilər. Əgər erməni xalqı Qarabağı Ermənistana birləşdirmək istəsəydi, 28 ildə bunu edərdi. Nə Qarabağda, nə də Ermənistanda adi adamlara müharibə lazım deyil.

Hazırda Ermənistan siyasətində bir qisim sadəcə zombidir. Onar qatı millətçilərdir və onların fikirləri erməni xalqı üçün uçurumdur. Təbii ki, yaxşı siyasətçilər də var. Paşinyan siyasətə qoşulanda ona çox böyük ümidlər var idi. Mən də ona çox inanırdım. Lakin Paşinyan o ümidləri doğrultmadı. Hazırda ona olan ümidlərim məyusluqla əvəz olunub. Ermənistanda və Qarabağda hakimiyyət üstündə ciddi mübarizə gedir, lakin bunlar Koçaryan və Paşinyanın çirkli oyunlarıdır",- deyə Xaçaturov əlavə edib.

Erik həm də Qarabağın Azərbaycan torpağı olduğunu qeyd etdiyi üçün tez-tez təzyiqlərlə üzləşdiyini deyib:

“Mən Rusiyada yaşayıram və burada nə düşündüyünün və nə dediyinin bir o qədər də fərqi yoxdur. Lakin Ermənistanda belə deyil. Mənim Qarabağla bağlı fikirlərimə görə internet üzərindən çox təzyiqlər edirdilər. Sosial şəbəkələrdə söyüşlər, təhqirlər və s. Lakin Ermənistan hökuməti mənə qarşı hər hansısa təzyiq üsulundan istifadə etməyib”.

Xaçaturov Bakı üçün çox darixdığını da bildirib:

“Bakıya münaqişədən sonra da gəlmişəm və Bakı həmişə olduğu kimi çox gözəldir. Mən hər yerdə deyirəm ki, mən Bakılıyam. Bakı mənim arzum, vətənimdir. Və Bakıda mən heç bir təzyiq və düşmənçiliklə üz-üzə qalmamışam”.

Nicat İsmayılov 

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Hamilə qadınlara hansı tibbi xidmətlər pulsuzdur? -TƏBİB açıqladı
12:05 08.07.2025
İyulun pensiyası nə vaxt ödəniləcək?
11:50 08.07.2025
"Nissan" avtomobillərini geri çağırır
11:35 08.07.2025
Jurnalistlər arasında intellektual yarış keçirilib
11:20 08.07.2025
Milli Məclisin iclası keçirilir -Gündəlikdəki məsələlər
11:10 08.07.2025
"Anka" Cənubi Çin dənizində
11:05 08.07.2025
Azad edilmiş bölgələrdə 6 uşaq bağçası açılıb
10:50 08.07.2025
Azərbaycan nefti bahalaşır
10:35 08.07.2025
İçində 33 ton qızıl və gümüş olan yük maşını yoxa çıxdı
10:20 08.07.2025
"Kilsəni özüm azad edəcəm"
10:05 08.07.2025
Kəlbəcərdə hərbçilər qəzaya düşdülər
09:50 08.07.2025
Çir ordusu beşinci nəsil qırıcı təyyarədən istifadə edəcək
09:45 08.07.2025
Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki dəyişir
09:30 08.07.2025
Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Tramp bir neçə ölkəyə qarşı gömrük rüsumları tətbiq etdi
22:22 07.07.2025
Fransada deputat intihar edib
21:45 07.07.2025
Abşeronda yaşayış binasında partlayış baş verib
21:42 07.07.2025
Fransa Epars adalarını niyə qaytarmır? -Analitik Baxış
21:16 07.07.2025
Husilər İsrailin strateji obyektlərinə hipersəs raketlərlə hücum ediblər
20:53 07.07.2025
Hamısı