İraqın Kərkük şəhərinin iki müxtəlif yerində yola döşənən partlayıcılar partlayıb.
Eurasia Diary xəbər verir ki, hücumda 1 adamın həyatını itirdiyi, 7 nəfərin yaralandığı bildirilib.
Hadisənin İŞİD terror təşkilatı tərəfindən törədildiyi ehtimalı üzərində dayanılır.
İraqlı rəsmilərdən hadisə ilə bağlı hələ rəsmi açıqlama verilməyib. (Eastnews.org)