"İnter Mayami"nin hücumçusu Luis Suares peşəkar futbol karyerasını bitirməyi düşünür.
EDnews xəbər verir ki, uruqvaylı futbolçunun Florida təmsilçisi ilə müqaviləsi bu ilin sonunda bitir. Onun sözləşməsini uzatmayacağı gözlənilir.
Suares təqaüdə çıxmaq barədə ciddi şəkildə fikirləşir. O, 38 yaşında karyerasını bitirmək istəyir.
Təcrübəli hücumçusu karyerası boyunca 862 oyunda 523 qol vurmağı bacarıb.