Abşeron rayonunda güclü yanğın başlayıb.
EDnews xəbər verir ki, hadisə rayonun Masazır qəsəbəsi ərazisində qeydə alınıb.
Yanğın qısa müddətdə hektarlarla ərazini əhatə edib. Yanğın Saray və Novxanı qəsəbələrində yaşayış evlərinə yaxınlaşmaq üzrədir.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvə və texnikaları cəlb edilib. Yanğının qarşısının alınması istiqamətində tədbirlər görülür. Yanğının yaşayış məntəqəsinə keçməməsi üçün səylər göstərilir.