Ermənistanda atışma : 3 ölü, 6 yaralı - polis Vanadzor şəhərini nəzarətə aldı | Eurasia Diary - ednews.net

19 Oktyabr, Şənbə


Ermənistanda atışma : 3 ölü, 6 yaralı - polis Vanadzor şəhərini nəzarətə aldı

Münaqişələr A- A A+
Kriminalların at oynatdığı Ermənistanda növbəti dəfə silahlar işə düşüb. Ötən gecə Vanadzor şəhərində silahlı insident qeydə alınıb.
 
Eurasia Diary xəbər verir ki, Miçurin küçəsindəki həyət evlərindən atəş səsləri eşidilib. Həkimlər və hüquq mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gələrkən güllə yarası almış iki kişinin meyidini aşkarlayıblar. Ölənlərin arasında bundan əvvəl ölüm işinə görə mühakimə edilmiş “Andruşik” ləqəbli kriminal avtoritetin də olduğu bildirilir. Məlumatda deyilir ki, şəhərin tibb mərkəzinə güllə yarası almış 7 nəfər gətirilib. Onlardan biri xəstəxanada keçinib.
 
Polis kriminal keçmişə malik ev sahibini saxlayıb. Həmçinin digər şübhəlilər də nəzarət altına alınıb. Polis evdən güllə gilizləri tapıb. Hazırda Vanadzorda polis gücləndirilmiş iş rejiminə keçib. Xəstəxanadakı yaralılar və digər yerlər növbəti insidentin qarşısını almaqdan ötrü nəzarətə götürülüb.
 
Ermənilərin Vanadzor adlandırdığı tarixi Azərbaycan ərazisi olan Böyük Qarakilsə İrəvan və Gümrüdən sonra Ermənistanın üçüncü böyük şəhəridir. Burada 100 mindən artıq əhali yaşayır. (moderator.az)

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...