"ABŞ-ın Suriyadan geri çəkilməsinə başlanılıb" - Ərdoğan | Eurasia Diary - ednews.net

19 Oktyabr, Şənbə


"ABŞ-ın Suriyadan geri çəkilməsinə başlanılıb" - Ərdoğan

Münaqişələr A- A A+
Türkiyənin Suriyanın şərqində keçirəcəyi hərbi əməliyyatlarla bağlı ABŞ Prezidenti Donald Trampla danışdıq.
 
Eurasia Diary-nin məlumstına görə, “Anadolu” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bildirib.
 
Onun sözlərinə görə, D.Trampın dediyi kimi, ABŞ-ın Suriyadan geri çəkilməsi prosesi başlanılıb.
R.T.Ərdoğan onu da əlavə edib ki, amerikalı həmkarı ilə, böyük ehtimalla, noyabr ayının ilk 15 günlüyündə görüşəcək.
 
Qeyd edək ki, Türkiyə və ABŞ liderləri arasında telefon danışığı olub.
 
Dövlət başçıları Suriyada təhlükəsizlik zonasının yaradılmasını müzakirə ediblər.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...