Füzuli rayonunda raket hissəsi tapılıb - FOTOLAR | Eurasia Diary - ednews.net

12 Noyabr, Çərşənbə axşamı


Füzuli rayonunda raket hissəsi tapılıb - FOTOLAR

Münaqişələr A- A A+

Oktyabrın 17-də saat 11:41-də Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzi Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Füzuli rayonunun Fin qəsəbəsində partlayıcının tapılması barədə məlumat daxil olub.

ANAMA-dan Eurasia Diary-ə bildiriblər ki, məlumata əsasən agentliyin mobil əməliyyat qrupunun və Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndəriliblər.

Baxış keçirildikdən sonra ərazi təhlükəsizlik məqsədilə polis tərəfindən əhatəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində tərkibində partlayıcı maddə olmayan 9M22U raketinin arxa plastik hissəsi aşkarlanıb. Həmin hissə zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Raketin hissəsinin tapıldığı yerin ətrafında 150 kvadratmetr əraziyə baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

1

1

1

1

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...