Türkiyə ordusunun apardığı “Sülh çeşməsi” əməliyyatı çərçivəsində YPG/PKK terrorçularından təmizlənən Tel Abyad şəhərində günlük həyat tərzi normal vəziyyətə dönüb.
Eurasia Diary xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı Səfirliyi məlumat yayıb. Bildirilir ki, günlük həyat tərzinin normal vəziyyətə dönməsi xalq tərəfindən məmnuniyyətlə qarşılanıb: “Rayonda təhlükəsizliyin tamamilə təmin edilməsi üçün axtarışların aparılmasına baxmayaraq, küçələrdə avtomobil və insan sıxlığı diqqət çəkib. Artıq sahibkarlar işlərinin başına qayıdıb. Xalq “Sülh çeşməsi” əməliyyatı ilə bağlı məmnunluqlarını dilə gətirərək, Türkiyə ordusuna təşəkkür edib”.