Qırğızıstanda kafedə partlayış törədilib. Eurasia Diary yerli KİV-ə istinadən xəbər verir ki, Bişkekin mərkəzində yerləşən "Antoşka" kafesində ard-arda bir neçə partlayış qeydə alınıb. Hadisə nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir.
Partlayışların səbəbləri açıqlanmır.