“Ermənistan - nasizmin qələbə çaldığı ölkə” Rus tarixçidən sensassion açıqlamalar

Münaqişələr 09:55 04.12.2019

Azərbaycan şəkk-şübhəsiz Ermənistanın nasizmdən təmizlənməsi prosesində ən fəal şəkildə iştirak etmək hüququna malikdir. Axı erməni nasizminin nəzəriyyəsi erməni millətçilərinin Azərbaycan torpaqlarına qəsdi ilə birbaşa əlaqəlidir. Onlar bu arzuları naminə İkinci Dünya və Böyük Vətən müharibələri zamanı fəal şəkildə nasistlərlə əməkdaşlıq ediblər, XX əsrdə dörd dəfə - 1918, 1921, 1942 və 1990-cı illərdə Rusiyaya xəyanət ediblər.

Eurasia Diary xəbər verir ki, bu sözləri axar.az-a nasistlərlə əlbir olan Qaregin Njdenin Armavirdəki xatirə lövhəsinin sökülməsindən sonra özünü daha açıq şəkildə büruzə verən Ermənistanda faşizmin qəhrəmanlaşdırılması problemini şərh edən tanınmış rusiyalı tarixçi-qafqazşünas Oleq Kuznetsov deyib.

İrəvanda rus yazıçısı və diplomatı Aleksandr Qriboyedovun heykəli üzərinə qırmızı boya tökülərək təhqir olunub. Bu vandalizm aktını erməni siyasətçi Şanta Arutyunyanın oğlu Şaqen edib. O, özü bu barədə sosial şəbəkədə məlumat verib.

“Prezident İlham Əliyev cari ilin oktyabrın 10-da Aşqabadda MDB Dövlət Başçıları Şurasının iclası zamanı Ermənistanda nasizmin qəhrəmanlaşdırılmasına yönəlmiş dövlət siyasətinin mövcud olması barədə məsələ qaldırdı. O, bu məsələni müzakirə etmək üçün deyil, həll etmək üçün etdi. Və əgər Rusiyanın hakim qüvvələri müttəfiqi olan Ermənistana ən sərt diplomatik yollarla təsir etməsə, onlar Azərbaycanın bunu güc yolu ilə etməsinə mane ola bilməyəcəklər”, - deyə həmsöhbətimiz bildirib.

Qriboyedovun heykəlinin təhqir olunması hadisəsinə gəldikdə isə Kuznetsovun fikrincə, artıq əminliklə söyləmək olar ki, Ermənistanda 2000-ci ildən etibarən məqsədyönlü şəkildə hakim qüvvələrin apardığı nasizmin qəhrəmanlaşdırılmasına yönəlmiş dövlət siyasəti uğurla həyata keçirilir.

“Mən bu məsələ ilə bağlı emosiyalardan və “vandalizm” kimi hüquqi terminlərdən istifadə etməyəcəyəm. İstənilən sağlam düşüncəli şəxs üçün İrəvanda Qriboyedovun heykəlinin təhqir olunmasının səbəbi aydındır. Mən ermənilərin kütləvi şəkildə Cənubi Qafqazda müasir Azərbaycanın sərhədləri daxilində, əsasən də Dağlıq Qarabağda peyda olmasında məhz Qriboyedova borclu olmaları üzərində də dayanmayacam”, - deyə tarixçi vurğulayıb.

Kuznetsov əlavə edib ki, baş vermiş insident hazırki və gələcək rusiyalı məmurlara ermənilərlə yaxınlıq etməmələri barədə bir işarədir:

“Onlar fürsət yaranan anda Qriboyedovun heykəli ilə etdikləri kimi münasibətləri murdarlayacaq, xatirələrin üzərinə çirkab tökəcəklər. Bu sizə lazımdır?”

“Erməni millətçilərdən bu cür davranış gözləyirdim. Bir ildən artıq müddətdir ki, mən “Ermənistan - nasizmin qələbə çaldığı ölkə” adlı silsilə məqalələr nəşr etməyə başlamışam və üzərindən qısa müddət keçməsinə baxmayaraq, təcrübə mənim yanılmadığımı göstərdi. Ermənistanda nasist Njdeyə pərəstiş edən və bu yolda cinayət etməyə hazır olan böyük bir gənc nəsil formalaşıb. Faşist Almaniyasında “Hitlerügend” gənclər təşkilatı mövcud olduğu kimi, müasir Ermənistanda da bu “Njdeyugend”dir. Ancaq mən buna daha təəccüblənmirəm. Muasir Ermənistan nasizmdən təmizlənməlidir, bu Almaniyada 1945-1955-ci illərdə tətbiq edilən kimi güc yolu ilə edilməlidir. Ümid edirəm ki, artıq Moskvada bunu anlamağa başlayıblar”, - deyə mütəxəssis bildirib.

Daha sonra Kuznetsov Njdenin Armavirdəki xatirə lövhəsinin müdafiəsinə İrəvandakı Rusiya səfirliyini mühasirəyə alan yerli ultramillətçilərin deyil, həmçinin, Rusiya Ermənilər İttifaqının da qalxdığını xatırladıb. O, ittifaqın prezidenti Ara Abramyanın intellektual bacarıqlarının araşdırılmasının vacib olduğunu qeyd edib. Ən mühüm olan isə nasist Njdenin xatirə lövhəsinin müdafiəsinə şəxsən Ermənistanın Baş naziri Nikol Paşinyanın qalxması və onun Rusiya hakim qüvvələrinə Njdenin adının təmizə çıxarılması təklifidir:

“Məcmu şəkildə bütün bu faktlar erməni cəmiyyətinin xəstə olmasını, nasizmlə xəstələndiyini və bu xəstəliyin cərrahi vasitələrlə, qaynar şişlə yandırılaraq məhv edilməsinə ehtiyac duyulduğunu göstərir”, – deyə Kuznetsov fikrini yekunlaşdırıb.

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Prezidentlər tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular
17:28 03.07.2025
Sulutəpədə evlərdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
17:06 03.07.2025
Emin Rusiyadakı konsertini təxirə saldı
16:19 03.07.2025
Niyə Çin ABŞ-nin yerini tuta bilməz? -Analitik Baxış
15:48 03.07.2025
Prezident İlham Əliyev Xankəndində bir sıra obyektlərin açılışında iştirak edib -YENİLƏNİB
15:09 03.07.2025
Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib
14:36 03.07.2025
Zelenski Danimarkaya gedib
14:21 03.07.2025
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
14:00 03.07.2025
Britaniyalı pilot Kəmalə Qaramollayevaya elçi düşüb
13:39 03.07.2025
Mirziyoyev Fəxri xiyaban və Zəfər Parkında
13:22 03.07.2025
Dioqu Jota və qardaşı necə ölüblər?
12:24 03.07.2025
Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Elnur Məmmədov əfqanıstanlı həmkarı ilə görüşüb
10:37 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Hamısı