Beyləqan Rayon Polis Şöbəsi Azərbaycan ordusunun polkovniki Qadir Vəlişovu xuliqanlıq ittihamı ilə həbs edib.
Eurasia Diary gununsesi.org-a istinadən xəbər verir ki, bu barədə polkovnikin yaxınları bildirib.
Onların sözlərinə görə, yaşadığı Beylaqan rayonuna qayıdan Vəlişov rayonda 13 hektar torpaq sahəsi və ferma üstündə yaranmış mübahisəyə görə CM-nin xuliqanlıq (221.3) maddəsi ilə həbs edilib.
Xatırladaq ki, 1986-cı ildə hərbi məktəbi bitirən Vəlişov Əfqanıstan müharibəsində döyüş yolu keçib. Qarabağ müharibəsi başlayan ilk gündən Silahlı Qüvvələrimizdə xidmət keçib,1994-cü ildə Füzuli istiqamətində ağır yaralanıb,1 il müalicə alandan sonra yenidən xidmətə qayıdıb. 15 ilə yaxın hərbi hissə komandiri işləyən polkovnik 2016-cı il aprel döyüşlərində də Talış istiqamətində snayper atəşi və minamyot partlayışından ağır yaralanıb. 8 aydan sonra yenidən xidmətə qayıdaraq, N saylı korpusda Döyüş hazırlığı şöbəsinin rəisi olub.
Daha sonra Naxçıvanski adına Hərbi litseyə rəis müavini təyin edilib. 6 ay əvvəl Silahlı Qüvvələrdən tərxis olunub.