Myanmanın qərbindəki məktəbə iriçaplı silahdan atəş açılıb. Eurasia Diary-nin məlumatına görə, nəticədə ibtidai sinifin 20-dən çox şagirdi yaralanıb. İnsident Rakxayn ştatında baş verib. Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.
KİV-in məlumatına görə, atəş "Rohincanın xilası üçün Arakan ordusu" qruplaşması tərəfindən təhlükəsizlik qüvvələri ilə toqquşma zamanı açılıb. Hazırda rayonda antiterror əməliyyatı davam edir.(Sonxeber.az)