Xəbər verdiyimiz kimi, bu gün Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini kobud surətdə pozmaqla növbəti dəfə təxribat törədib. Düşmən tərəfindən açılan atəş nəticəsində ordumuzun hərbi qulluqçusu Ələsgərov Seymur Eldar oğlu şəhid olub.
Eurasia Diary-nin məlumatına görə, 1990-cı il təvəllüdlü hərbi qulluqçu Gəncə şəhəri, Kəpəz rayonunun sakini olub. Şəhidin nəşi sabah torpağa tapşırılacaq.
Azərbaycanın Müdafiə Nazirliyi bəyan edib ki, cəbhə xəttində vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür.