Türkiyə Silahlı Qüvvələri Suriyaya qarşı əməliyatlara başladı - Suriyanın Bilal Bakkour adlı generalı öldürüldü | Eurasia Diary - ednews.net

8 Avqust, Şənbə


Türkiyə Silahlı Qüvvələri Suriyaya qarşı əməliyatlara başladı - Suriyanın Bilal Bakkour adlı generalı öldürüldü

Münaqişələr A- A A+

Türkiyə Silahlı Qüvvələri Suriyanın İdlib bölgəsində Bəşər Əsədə sadiq qüvvələrə qarşı hərbi əməliyyatlara başlayıb.

 Eurasia Diary Halab Today-ə istinadən xəbər verir ki, Türkiyə ordusu rejim qüvvələrinin Serakibdəki qərargahlarını reaktiv yaylım atəş sistemi vasitəsilə atəşə tutub. 

Bundan başqa, sosial şəbəkələrin müxalifətə yaxın səhifələrində yayılan məlumata görə, müxalif qüvvələr Rusiyaya aid 2 kəşfiyyatçı PUA-sını və B.Əsəd qüvvələrinə məxsus 1 tankı məhv edib.

Hökumətə yaxın mənbələrin bildirdiyinə görə isə, Rusiya hərbçiləri Serakib, Neyrab və Maarat ən-Numan şəhərlərindən çəkilməyə başlayıblar.

Məlumata görə, Suriyanın Bilal Bakkour adlı generalı da öldürülüb.

“CNN Türk”ün xəbərinə görə, İdlibdə B.Əsəd qüvvələrinin hücumlarının qarşısını almaq üçün bölgəyə Türkiyə Silahlı Qüvvələrinin tankları və komandoları göndərilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...