Türkiyə ordusu şəhidlərinin qisasını aldı | Eurasia Diary - ednews.net

7 Aprel, Çərşənbə axşamı


Türkiyə ordusu şəhidlərinin qisasını aldı

Münaqişələr A- A A+

Türkiyə Silahlı Qüvvələri iki əsgərinin şəhid olmasından sonra İdlibdəki Suriya ordusuna məxsus mövqelərə zərbələr endirib.

Eurasia Diary xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Türkiyənin endirdiyi zərbələr nəticəsində Suriya ordusunun tabeliyindəki qüvvələr 114 itki verib.

“Bölgədəki müxtəlif mənbələrdən əldə etdiyimiz məlumata əsasən bir Hava Hücumundan Müdafiə (HHM) raket sistemi, bir “Zu-23” zenit artilleriya qurğusu, bir tank əleyhinə sistem, üç tank, bir sursat maşını, iki tikinti texnikası məhv edilib. Həmçinin, üç tank ələ keçirilib”, - deyə nazirlikdən bildirilib.(oxu.az)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...