Ermənilər Əlahiddə Ümumqoşun Ordunun mövqelərinə atəş açıb | Eurasia Diary - ednews.net

7 Aprel, Çərşənbə axşamı


Ermənilər Əlahiddə Ümumqoşun Ordunun mövqelərinə atəş açıb

Münaqişələr A- A A+

Martın 12-i səhər saatlarından Ermənistan silahlı qüvvələrinin bölmələri Əlahiddə Ümumqoşun Ordunun mövqelərini atəşə tutmaqla atəşkəs rejimini kobud şəkildə pozub.

"EDNews"un Müdafiə Nazirliyinə istinadən məlumatına görə, əsasən düşmənin Ararat rayonu ərazisindəki Tejqar və Bağarsıq dağlarının ətəklərində yerləşən mövqelərindən qarşı tərəfdə yerləşən Əlahiddə Ümumqoşun Ordunun mövqeləri iriçaplı pulemyot və snayper tüfənglərindən intensiv atəşə məruz qalıb.

Əlahiddə Ümumqoşun Ordunun şəxsi heyəti tərəfindən qətiyyətli cavab tədbirləri  görülür və atəşkəs rejiminin pozulmasının fəsadları araşdırılır.

Hazırda əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır.

EDNews

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...