Azərbaycan Ordusu Ağdərə istiqamətində düşmənin artilleriya bölmələrinə zərbələr endirib - VİDEO | Eurasia Diary - ednews.net

30 Oktyabr, Cümə


Azərbaycan Ordusu Ağdərə istiqamətində düşmənin artilleriya bölmələrinə zərbələr endirib - VİDEO

Münaqişələr A- A A+

Yaşayış məntəqələrimizi atəşə tutan Ermənistan silahlı qüvvələrinin Ağdərə istiqamətində yerləşən artilleriya bölmələrinə zərbələr endirilib.

Eurasia Diary Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, artilleriyaçılarımızın sərrast atəşi nəticəsində ağır itkilərə məruz qalan düşmən bölmələri yerləşdiyi atəş mövqelərindən geri çəkilməyə məcbur edilib. Qeyd edək ki, həmin artilleriya bölmələri Ermənistan ordusunun 5-ci dağatıcı alayının tərkibindədir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...