Ermənistanın Baş naziri Nikol Paşinyan vəziyyətin necə olmasından asılı olmayaraq xalqını "haqlarını" qorumağa çağırıb.
Eurasia Diary erməni KİV-lərə istinadən xəbər verir ki, bu barədə Paşinyan "Feysbuk" hesabından açdığı canlı yayım vasitəsi ilə bildirib.
“Haqqımız uğrunda mübarizə aparmaq, silaha sarılmaq və vətənin müdafiəsinə sadiq olmaq deməkdir. Bu proses səmərəli şəkildə təşkil olunarsa, biz bizim üçün məqbul diplomatik həll yolu tapacağıq", Paşinyan söyləyib.
Bu günün reallığı budur ki, Azərbaycan Qarabağın kapitulyasiyasından başqa heç bir şeylə razılaşmır.
"Diplomatik yolla istənilən məqbul varianta çatmaq və son razılığa gəlmək mümkün olmayana qədər mübarizə aparacağıq".
Paşinyan sonda xalqını döyüşməyə və ordu sıralarına qoşulmağa çağırıb. O, hətta qeyri-hökumət təşkilatları da daxil olmaqla şəhər icra başçılarını, bələdiyyə rəhbərlərini könüllü dəstələr yaratmağa səsləyib.