Azərbaycan Prezidenti Cəbrayıl, Füzuli və Zəngilan rayonlarının bir sıra kəndlərinin azad olunduğunu bildirib | Eurasia Diary - ednews.net

29 Noyabr,


Azərbaycan Prezidenti Cəbrayıl, Füzuli və Zəngilan rayonlarının bir sıra kəndlərinin azad olunduğunu bildirib

Münaqişələr A- A A+

Azərbaycan Ordusu bir sıra topraqları da erməni işğalından azad edib.

Eurasia Diary xəbər verir ki, bu barədə Prezident İlham Əliyev "Tvitter" səhifəsində bildirib.

"Rəşadətli Azərbaycan ordusu Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndlərini, Cəbrayıl rayonunun Bələnd, Papı, Tulus, Hacılı, Tinli kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!".

Dövlət başçısı Zəngilan rayonunun bəzi kəndlərinin də azad olunduğu xəbərini verib: "Rəşadətli Azərbaycan Ordusu Zəngilan rayonunun Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!".

 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...