Ermənistan ərazisindən Azərbaycan əraziləri raket atəşi nəticəsində itki yoxdur - Müdafiə Nazirliyi | Eurasia Diary - ednews.net

29 Noyabr,


Ermənistan ərazisindən Azərbaycan əraziləri raket atəşi nəticəsində itki yoxdur - Müdafiə Nazirliyi

Münaqişələr A- A A+

Oktyabrın 22-də səhər saatlarında Ermənistan ərazisindən Azərbaycan ərazisi əməliyyat-taktiki raket kompleksindən ballistik raketlərlə atəşə tutulub.

Eurasia Diary Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, düşmən tərəfindən saat 07.00 radələrində Siyəzən rayonu istiqamətində 3 raket, saat 09.00 radələrində isə Qəbələ rayonu istiqamətində 2 raket və Kürdəmir rayonu istiqamətində 1 raket buraxılıb.

Ermənistan silahlı qüvvələrinin hədəfi dinc əhali və mülki infrastruktur olub.

Düşmənin raket hücumu nəticəsində tələfat yoxdur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...