Bu gün ölkə rəhbəri müzəffər Azərbaycan Ordusunun uğurlu əməliyyatları sayəsində işğaldan azad olunmuş kəndlərinin siyahısını təqdim edib.
Eurasia Diary xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev öz Tvitter hesabında paylaşım edib.
Beləki, Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfidinli, Aşağı Rəfidinli, Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstəlibəyli, Dərzili kəndlərini işğaldan azad edilib. Bundan əlavə, müzəffər Azərbaycan Ordusu Zəngilanın Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndlərini və Ağbənd qəsəbəsini işğaldan azad etmişdir.
Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!