Azərbaycanın rəşadətli ordusu Qubadlı və Xocavənd rayonunun bir sıra işğal altında olan kəndlərini azad edib.
Eurasia Diary xəbər verir ki, bu barədə ölkə rəhbəri İlham Əliyev öz "Tvitter" hesabında paylaşım edib.
Belə ki, Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq kəndlərini azad olunub.
Bundan əlavə, Azərbaycan Ordusu Xocavənd rayonunun Dolanar, Bünyadlı kəndlərini, Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı, Veysəlli, Zəngilan rayonunun Vənədli və Mirzəhəsənli kəndlərini işğaldan azad edib.