"Bugünkü problemin səbəbi çoxillik prosesin nəticəsidir” Ovannisyan Qarabağ döyüşlərindən danışdı

Münaqişələr 10:27 24.10.2020

Nikol Paşinyanın hakimiyyətə gəlişi ilə Dağlıq Qarabağla bağlı aqressiv siyasət yolu seçən, “Qarabağ Ermənistandır” deyib, “Yeni müharibə və yeni ərazilər” iddiasına düşən və cidd-cəhdlə Azərbaycanı müharibəyə çəkən, Tovuz təxribatından sonra daha da azğınlaşan Ermənistan hakimiyyəti cəbhədəki uğursuzluqlarının səbəbini axtarmağa, daha doğrusu, xalqa izah etməyə girişib.

Eurasia Diary Konkret.az saytına istinadən xəbər verir ki, ictimaiyyətin və medianın “biz müharibəyə hazır idikmi” sualına cavab verən Ermənistan Müdafiə Nazirliyinin rəsmisi Artsrun Ovannisyan ordudakı mövcud çatışmazlıqların aradan qaldırılmasının “uzun və çoxillik proses” olduğunu deyib.

O iddia edib ki, “nisbətən yeni silahların alınması” tempi son iki ildə bir qədər yeksəlib. 

“Etiraf edək ki, Ermənistanın qırıcı aviasiyası heç vaxt olmayıb. Pilotların belə yeni texnologiyaya yiyələnməsi, müasir silahdan istifadə edə bilməsi üçün zaman lazımdır. Bundan ötrü ən azı illər gərəkdir”, – deyə Ovannisyan Rusiyadan yeni alınan Su-30-larla bağlı danışarkən deyib.

Azərbaycan Ordusunun ən müasir döyüş texnikası və silahlardan istifadə etdiyini bildirən Ovannisyan deyib:

“Anlamaq lazımdır ki, biz uzun illər ərzində Azərbaycandan hərbi xərclərdə çox geri qalmışıq. Onlar çoxlu pul xərcləyiblər, biz isə çox az. Beləliklə, bugünkü problemin səbəbi çoxillik prosesin nəticəsidir”.

Ermənistan MN rəsmisi Azərbaycan PUA-larının Ermənistan ordusunu darmadağın etməsinə də diqqət çəkib və bildirib ki, aviasiya və HHM üçün daha əvvəldən düşünmək lazım idi.

Onun sözlərinə görə, Azərbaycanın Ermənistan ordusunu darmadağın edən PUA-ları hazırda qarşısıalınmazdır:

“Düşmən dronlarının tam ram edilməsi hələ dünyanın heç bir ordusuna nəsib olmayıb. Kiçik ölçülü və çoxsaylı PUA onunla mübarizə aparmaq imkanını qat-qat azaldır. Hətta onlarla HHM sistemi ilə müdafiə olunan müasir ordular belə PUA hücumunun öhdəsindən gələ bilmir”.

Göründüyü kimi, Ermənistan düşdüyü ağır durumu dolayısı ilə etiraf etməklə, hazırkı vəziyyətin günahının əvvəlki prezident Serj Sərkisyanda olduğu, ordunu onun məhv etdiyini dolayısı ilə təbliğ etməyə çalışır.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Hindistanda körpünün çöküb
12:26 09.07.2025
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
12:11 09.07.2025
Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
11:56 09.07.2025
Ankarada TDT Mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir
11:50 09.07.2025
Azərbaycan nefti bahalaşdı
11:41 09.07.2025
Silinmiş "ChatGPT" söhbətləri bərpa olundu
11:26 09.07.2025
Husilər Qırmızı dənizdə gəmiyə hücumun görüntülərini yaydılar
11:11 09.07.2025
Ağdam-Füzuli yolundakı qəzada xəsarət alanların son durumu açıqlanıb -Yenilənib
10:57 09.07.2025
NASA əməkdaşı unikal görüntü çəkdi
10:56 09.07.2025
Hindistan sahillərində qədim sualtı şəhər aşkarlanıb
10:42 09.07.2025
Tramp rüsumları təxirə saldı
10:27 09.07.2025
" İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır"
10:12 09.07.2025
İsrail HƏMAS-ın komandirlərindən birini öldürdü
09:48 09.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" finala yüksəldi
09:15 09.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar
08:43 09.07.2025
"Ukraynada kimyəvi silahdan istifadə edildiyinə dair sübutumuz var"
08:10 09.07.2025
Britaniya Sarayında ixtisarlar başlayıb
07:38 09.07.2025
İnsanlar bədən üzvlərini bərpa edə biləcək?
07:05 09.07.2025
İsrail Tripoliyə hava zərbəsi endirib
06:33 09.07.2025
Rotterdam limanı NATO-nun "hərbi qalası" olacaq
06:08 09.07.2025
Arı sürüsü təyyarəni havaya qalxmağa qoymadı
05:34 09.07.2025
Türkiyədə prokurorluq "Grok"la bağlı araşdırma başlayıb
05:08 09.07.2025
Fransanın cənubunda meşə yanğınları meşə yanğınları başlayıb
04:38 09.07.2025
Kondisionerdən istifadənin sağlamlığa hansı təsirləri var?
04:05 09.07.2025
"ABŞ Ukraynaya dəstəyini davam etdirəcək"
03:32 09.07.2025
SEPAH İranda hərbi çevriliş edə bilər?
03:09 09.07.2025
Nyu-Meksiko ştatında daşqınlarla bağlı fövqəladə vəziyyət elan edilib
02:36 09.07.2025
Texasda daşqın nəticəsində ölənlərin sayı 109-a çatıb
02:04 09.07.2025
MKİ və FTB-nin keçmiş rəhbərlərinə qarşı cinayət işi açılıb
01:36 09.07.2025
Qvatemalada güclü zəlzələ baş verib
01:04 09.07.2025
Aİ Ukrayna üçün 100 milyard avro büdcə ayırıb
00:32 09.07.2025
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
00:01 09.07.2025
"ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu göstərməlidir"
22:47 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
22:14 08.07.2025
"Azərbaycan və Ermənistan arasındakı sülh sazişini gözləyirik"
21:42 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
21:10 08.07.2025
"ABŞ Qəzzada atəşkəs barədə razılığa gəlməyə ümid edir"
20:37 08.07.2025
ABŞ idxal rüsumlarından 300 milyard dollardan çox gəlir əldə edəcək
20:05 08.07.2025
Netanyahu və Tramp axşam ikinci dəfə görüşəcək
19:38 08.07.2025
BMT Ermənistandakı kilsə-hakimiyyət mübarizəsinə dair açıqlama verdi
19:07 08.07.2025
Hamısı