Ermənistanın Gəncəyə raket zərbəsi endirməsi nəticəsində xəsarət alaraq xəstəxanada vəfat edən yeniyetmə Rusiya vətəndaşıdır | Eurasia Diary - ednews.net

6 Dekabr,


Ermənistanın Gəncəyə raket zərbəsi endirməsi nəticəsində xəsarət alaraq xəstəxanada vəfat edən yeniyetmə Rusiya vətəndaşıdır

Münaqişələr A- A A+

17 oktyabrda Gəncənin yaşayış məntəqələrinin SCUD tipli raketlərdən atəşə tutulması nəticəsində ağır yaralanmış Rusiya Federasiyası vətəndaşı 2007-ci il təvəllüdlü Mayakov Artur Vladimiroviç həkimlərin səylərinə baxmayaraq stasionar qaydada müalicə olunduğu xəstəxanada vəfat edib.

Eurasia Diary xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

O qeyd edib ki, Mayakov Artur Vladimiroviç Gəncəyə bibisi gilə qonaq gəlib: “Mərhum Gəncə şəhər İcra Hakimiyyətinin və Gəncə şəhər Aleksandr Nevski kilsəsinin dəstəyi ilə pravoslav xristian dini ənənələrinə uyğun olaraq dəfn olunacaqdır. Xarici İşlər Nazirliyi vasitəsilə bu barədə Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinə məlumat verilib”.

H. Hacıyev "Tvitter" hesabında Mayakov Artur Vasilyeviçin fotosunu paylaşıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...