Azərbaycan Ordusunun itkin düşən daha bir zabitinin cəsədi tapılıb | Eurasia Diary - ednews.net

5 Mart, Cümə


Azərbaycan Ordusunun itkin düşən daha bir zabitinin cəsədi tapılıb

Münaqişələr A- A A+

Azərbaycan Ordusunun Vətən müharibəsində itkin düşən daha bir zabitinin meyiti tapılıb.

Eurasia Diary Report-a istinadən xəbər verir ki, baş leytenant Mikayılov Rahim Qabil oğlunun torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olduğu təsdiqlənib.

Qeyd edək ki, R.Mikayılov 1990-cı ildə Quba rayonunun 2-ci Nügədi kəndində anadan olub. Vətən müharibəsinin ilk günlərindən döyüşə atılıb. Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib. Oktyabrın əvvəlindən zabitlə əlaqə kəsilib və barəsində heç bir məlumat almaq mümkün olmayıb.

R.Mikayılov, ailəlidir. İtkin düşməsindən bir ay sonra oğul övladı dünyaya gəlib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...