"30 metr enində sahədə ən azı 100-150 mina var" əməliyyat meneceri

Münaqişələr 21:51 24.02.2021

"Biz hazırda dövlət tapşırıqlarını yerinə yetiririk, əsas işimiz kommunikasiya xətləri keçən ərazilərin minalardan təmizlənməsidir",- bunu BBC News Ruscaya Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mina təmizləmə üzrə əməliyyat meneceri Mədəd Məmmədov deyib.

O bildirib ki, avtomobil, dəmir yolları, elektrik, qaz xətlərinin çəkilişi kimi işlər üçün əraziləri minadan təmizləyirlər.

M.Məmmədovun sözlərinə görə, Ermənistan 27 il işğal dövründə ərazilərdə ciddi sayda mina döşəyib, ən çox da keçmiş təmas xətti küllü miqdarda minalanıb: "Ərazinin bu dərəcədə minalanması kommunikasiya xəttinin keçidini mürəkkəbləşdirir. Bizə uzun müddət lazım gəlir ki, müəyyən keçidləri açaq və buna da xeyli qüvvə sərf edirik. Minalanmış sahələrdən keçidləri texnikalardan və canlı qüvvələrdən istifadə etməklə açırıq". 

30 metr enində, düz Şuşaya qədər...

Mədəd Məmmədov əlavə edib ki, Füzuli rayonunun Şirbəyli kəndi ərazisindən Şuşa şəhərinə qədər yeni çəkilən elektrik xətti üçün təxminən 30 metr enində keçid xətti açmaqla ərazini birbaşa Şuşaya kimi təmizləyiblər. O həmin ərazilərdən partlamamış hərbi sursatlar, raketlər, raketlərin daşıdığı qadağan olunmuş bombacıqlar tapıldığını deyir.

Ərazilərin təmizləmə işlərinin nə qədər müddət çəkəcəyinə gəldikdə isə Mədəd Məmmədova görə, əvvəlcə minalanma faizi müəyyənləşdirilməlidir. "Ərazilərin minalanma faizləri dəqiqləşdirilməlidir və biz bilməliyik ki, neçə faiz ərazi minalanmış sahədir, nə qədər ərazi sursatlarla çirklənmiş sahədir. Hazırda minatəmizləmə ilə bağlı xaricdən qüvvələr gətirilir. ANAMA da hazırda texnologiyaların bu işlərə qoşulması ilə məşğuldur. Bütün ərazilərin minalardan təmizlənməsi müddəti Azərbaycana gələcək qüvvələrdən və o qüvvələrin nə qədərinin işə cəlb olunacağından asılıdır. Ondan sonra bilmək olar ki, ərazi nə qədər müddətə təmizlənib qurtara bilər", - Mədəd Məmmədov deyib.

"Ağdamın da, Füzulinin də minalanma, təhlükəlilik dərəcəsi eynidir"

Onun sözlərinə görə, işğal altında olmuş yaşayış məntəqələrinin, məsələn - Ağdamın da, Füzulinin də minalanma, təhlükəlilik dərəcələri demək olar ki eyni olsa da, müxtəlif yerlərin təmizlənməsi fərqli müddətə başa gəlir. "Yaşayış məntəqələri, kolluq, dağlıq ərazilər fərqli metodlarla müxtəlif müddətlərə təmizlənir."

"Minalar qarışıq döşənib" deyən M. Məmmədov qeyd edib ki, tank əlehinə minalarla, piyada əlehinə minalarla, sonra sürpriz qurulmuş minalarla qarşılaşırlar.

"Təkcə o demək deyil ki, ön xətt, təmas xətti minalanıb. Xeyr, bu ərazilərdə 1992-ci ildən başlayaraq ta bugünkü günə kimi döyüşlər gedib və o ərazilər də vaxtında minalanmış ərazilərdir. Ermənistan tərəfindən bizə minalanmış ərazilərin xəritəsi bizə verilməyib. Xəritələrin bizə verilməməsi bizim işimizi həddindən artıq çətinləşdirir və mürəkkəbləşdirir.

Kiçik sahədə minlərlə mina...

Onun sözlərinə görə, Ermənistan briqadaları Azərbaycan qoşunları yerini dəyişdikdə həmin ərazilər yenidən minalanıb, möhkəmləndirilib. Ona görə də ön xətdə çox kiçik bir sahə təmizləndikdə oradan minlərlə mina tapılır. "30 metr enində bir dənə mina xəttinə rast gələndə ordan ən azı 100-150 mina tapıb çıxara bilirik",- Mədəd Məmmədov deyib.

Ön xətdə minalanmış sahədə 7-8 mina xətti ilə rastlaşdıqlarını dilə gətirən mütəxəssis deyir ki, minalanma 27-30 il ərzində aparılıb. "Hazırda üzərində işlədiyimiz gələcəkdə magistral yol olacaq 200 metr sahədə təmizləmə aparırıq. Təxminən 200 metr enində sahədə 7-8 mina xətti var ki, orda minlərlə mina var. Hələ də çıxarmağa davam edirik".

O deyir ki, ANAMA-nın iş prinsipi humanitar qaydalara əsaslanır və mina təmizləmə işlərində BMT standartları izlənilir. "Biz Türkiyə və ya Rusiya hərbçiləriylə əlaqələr qurmuruq. Əsasən BMT ilə birgə işləyirik. Təmizlədiyimiz ərazi də hərbçilərin təmizlədiyi ərazilərdən fərqli olaraq humanitar qaydalara uyğun olur. Hərbçilərin öz standartları var, onların standartları bizim mina təmizləmə qaydaları ilə uyğunlaşmır",- M. Məmmədov deyib.

Mütəxəssisin sözlərinə görə, atəşkəsdən sonra Ağdam, Ağcəbədi və Füzulidə polis və hərbçilərin ciddi nəzarətinə baxmayaraq 40-dan çox adam mina partlayışından həlak olub.

Həşəratlara qarşı hansı dərmanlardan istifadə etməliyik?

Xəbər xətti

500-dən çox quş növü məhv ola bilər
00:14 01.07.2025
"Azərbaycan xalqına təşəkkürümü bildirmək istəyirəm"
23:59 30.06.2025
Ürək sağlamlığı üçün Gündə bir ovuc qoz ye
23:40 30.06.2025
Fransa polisi mülki şəxsləri öldürür
23:25 30.06.2025
Rusiyanın növbəti hədəfi Odessadır
23:13 30.06.2025
Bu qidalar iltihabı azaldır
22:54 30.06.2025
"ABŞ İrana milyardlarla dollar köçürüb"
22:39 30.06.2025
PKK-nın silahlarını təhvil verəcəyi tarix məlum oldu
22:27 30.06.2025
Uitkoff İranla müzakirələri davam etdirir
22:12 30.06.2025
Bəylər Eyyubovun yerinə təyin olunan Fərid Əsgərov kimdir?
21:15 30.06.2025
Gündə bir alma yemək bu xəstəliklərdən qoruyur
21:06 30.06.2025
İTV Kənan MM-in iddialarına cavab verdi
20:51 30.06.2025
Paşinyan kilsəni zərərsizləşdirə biləcək?
20:36 30.06.2025
Aralıq dənizində Rusiyadan bir milyon barel neft daşıyan gəmi partlayıb
20:19 30.06.2025
Vinçenzo Montellanın müqaviləsi uzadıldı
20:04 30.06.2025
Aİ rəsmisi Rusiyada azərbaycanlılara qarşı zorakılıqla bağlı paylaşım edib
19:49 30.06.2025
"Android" smartfonlarında "casus antenalara" qarşı qoruma funksiyası olacaq
19:34 30.06.2025
Paşinyan "xarici agentlər" haqqında qanun təklif etdi
19:19 30.06.2025
Fransanın radioaktiv tullantıları Azərbaycan sərhədində nə gəzir?
19:04 30.06.2025
Danimarkalı qadınlar orduya püşkatma ilə çağırılacaq
18:49 30.06.2025
Almaniyanın Ukraynaya maliyyə yardımı büdcəsindən 1 milyard avro "yoxa çıxıb"
18:34 30.06.2025
İran Ukraynaya nota verdi
18:19 30.06.2025
Tramp Suriyaya qarşı sanksiyaların yumşaldılması haqqında fərman imzalayacaq
18:04 30.06.2025
DİN "Sputnik Azərbaycan"da keçirilən əməliyyatla bağlı açıqlama verdi
17:55 30.06.2025
Bəylər Eyyubov vəzifəsindən azad edildi
17:39 30.06.2025
Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək
17:24 30.06.2025
Simonyandan Paşinyan haqqında danışdı: - “Antixristin kiçik barmağıdır”
17:09 30.06.2025
Peskov Azərbaycan XİN-in etirazına reaksiya verdi
16:54 30.06.2025
Avrasiya İttifaqı Özbəkistana “qarmaq” atır
16:39 30.06.2025
"Azərbaycanlıların Rusiyada öldürülməsi kök salmış şovinizmin təzahürüdür"
16:21 30.06.2025
Daha bir qrup dərman vasitəsinin qiyməti tənzimlənib
16:06 30.06.2025
İran ABŞ-dən zəmanət tələb edir
15:51 30.06.2025
Rusiya FTX-nin "Sputnik Azərbaycan"da çalışan iki əməkdaşı saxlanıldı
15:36 30.06.2025
İranda "Starlink" istifadəçiləri şallaqlana bilərlər
15:21 30.06.2025
Rusiya Ombudsmanı Yekaterinburqda azərbaycanlılara hücumlarla bağlı Baş Prokurorluğa müraciət edib
15:08 30.06.2025
Metsamor Cənubi Qafqazı Çernobilə çevirə bilər
14:53 30.06.2025
Səfərov qardaşlarının nəşi təhvil verildi
14:41 30.06.2025
Mirzoyan Lavrova elə öz sözləri ilə cavab verdi
14:38 30.06.2025
Rusiyada azərbaycanlıların cinayət işi Mərkəzi İstintaq Komitəsinə tapşırıldı
14:24 30.06.2025
"Sputnik Azərbaycan"da əməliyyat keçirilib
13:40 30.06.2025
Hamısı