Beynəlxalq analitik mərkəzlərin nümayəndələri Ağdama gəliblər | Eurasia Diary - ednews.net

6 May, Cümə axşamı


Beynəlxalq analitik mərkəzlərin nümayəndələri Ağdama gəliblər

Münaqişələr A- A A+

Beynəlxalq analitik-beyin mərkəzlərinin nümayəndələrinin işğaldan azad edilmiş Ağdam rayonuna səfəri başlayıb.

Eurasia Diary Report-a istinadən xəbər verir ki, ADA Universiteti və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (AIR) tərəfindən təşkil edilmiş səfər zamanı iştirakçılar erməni işğalı zamanı şəhərdəki dağıntıların miqyası ilə tanış olacaqlar.

Səfər proqramına şəhərin mərkəzinə, dağıdılmış Cümə məscidinə, Dram Teatrına, İmarət stadionuna və Qarabağ xanlarının kompleksinə ziyarət daxildir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...