Pakistanın Bəlucistan əyalətinin mərkəzi Kvetta şəhərindəki “Serena” otelinin avtomobil dayanacağında partlayış baş verib.
Eurasia Diary yerli KİV-ə istinadən bildirir ki, partlayış nəticəsində azı 3 nəfər həlak olub, 13 nəfər yaralanıb.
Şəhər xəstəxanalarından birinin baş həkiminin sözlərinə görə, zərərçəkənlərdən ikisi kritik vəziyyətdədir.
Dayanacaqda park edilmiş nəqliyyat vasitələrinə və otel binasına xeyli ziyan dəyib.
Partlayış vaxtı "Anadolu" agentliyinin mehmanxananın binasında olan əməkdaşı Rəcəb Bilek də yüngül xəsarət alıb.
Partlayışın səbəbləri araşdırılır.