Təsadüfi verilməyən bəyanat Regionda yeni gərginlik ocağı yaranır

Münaqişələr 11:35 22.04.2021

Zəngəzur: regionda yeni gərginlik ocağı yaranır

Zəngəzurda nə baş verir? İlham Əliyev qayıdacağıq dedi, Nikol Paşinyan “Sünik (Zəngəzur) yürüşü”nə cəhd göstərir, ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi bölgəyə gəldi.

Azərbaycan Prezidentinin Zəngəzur dəhlizinin icrası haqda danışarkən, “Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır” deməsi suallar yaratdı.

- Əliyev kimə, hansı mesajı verir?

- Dəhlizin reallaşması tarixi torpaqlara qayıtmağımız deməkdirmi?

- Zəngəzurla bağlı hansı planlar var?

İlham Əliyevin “101 il əvvəl əlimizdən alınmış Zəngəzura qayıdacağıq” sözləri təkcə Ermənistana yox, 101 il öncə - 1920-ci ildə Zəngəzuru Ermənistana verən Rusiyaya da ünvanlanır. O cümlədən, Qarabağda ikinci erməni dövlətinin yaradılmasına imkan verməyən Azərbaycan dövlətinin növbəti hədəfini cəmiyyətə açıqlayır.

Burada ən düşündürücü məqam “Zəngəzur dəhlizini icra edəcəyik” deyən Prezidentin ardınca “101 il əvvəl əlimizdən alınmış Zəngəzura qayıdacağıq” hədəfini açıqlamasıdır.

Bu, dəhlizin icra edilməsi ilə Azərbaycan xalqının Zəngəzura qayıtması demək deyil. Bu, dəhlizin reallaşması ilə Zəngəzura qayıdış prosesinin başlanması kimi oxuna bilər.

Qarabağ müharibəsindən öncə dedikləri və müharibə Əliyevin torpaq məsələsində populizm etmədiyini təsdiqlədi. Bu baxımdan, “Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır” sözlərinin populizm olmadığı və dövlətin bununla bağlı strategiyasının mövcudluğu fikri önə çıxır.

İlham Əliyev İrəvan hədəfini açıqlayarkən, “Mən deməmişəm ki, biz oraya tankla qayıdacağıq. Mən demişəm, biz qayıdacağıq” deməklə tarixi torpaqlara qayıdış strategiyasının “yol xəritəsi”nin necə olacağına işarə vurmuşdu. Və bizim ehtimala görə, Zəngəzurda iki dəhlizlə - Mehridən keçən və Naxçıvanı Azərbaycanın qərb rayonları ilə birləşdirən – təsir imkanlarını genişləndirmək, investisiya layihələri ilə bölgəyə daxil olmaq, o cümlədən, təzminat və digər rıçaqlarla bölgədə fəaliyyətə göstərmək imkanlarının qazanılması planı ola bilər. Lakin bu, prosesin görünən, ehtimal olunan tərəfidir.

Dövlətin strateji planlarının görünməyən tərəfləri nədir, bunu zamanla biləcəyik. İndi bir məsələ aydındır: Əliyev “Azərbaycan xalqı 101 il əvvəl əlimizdən alınmış Zəngəzura qayıdacaqdır” deməklə populizm etmir, hədəfləri göstərir.

Bunun fonunda Ermənistanda baş verən iki hadisə diqqət çəkir: Paşinyan və Linn Treysi Zəngəzura gəldi.

Paşinyanın gəlişi daxili proseslərdən qaynaqlanır:

1. Siyasi rəqiblərinə bölgəyə hakim olduğunu göstərmək;

2. Bölgədəki etiraz elektoratını azaltmaq və seçkidə səs qazanmaq;

Nikolla eyni ərəfədə ABŞ səfiri Linn Treysinin bölgəyə gəlişinin səbəbləri daha dərin görünür:

- Səfir bölgədə əhalinin əhval-ruhiyyəsini öyrənir və seçki öncəsi vəziyyətlə bağlı hesabat hazırlayacaq. ABŞ səfirlərinin belə təcrübəsi var.

- Vaşinqton Rusiyanın Gümrüdəki hərbi bazasının bir hissəsinin bölgəyə köçürülməsi planlarını araşdırır: ruslar bu addımla həm də Türkiyə üzərindən de-fakto Azərbaycana gələn NATO-ya qarşı Zəngəzurda müdafiə zolağı yaradır.

- Vaşinqton Zəngəzur dəhlizini və perspektivlərini yerində öyrənmək istəyir: ABŞ-ın bölgədə dəstək verdiyi Gürcüstan marşrutuna alternativ yol kimi və Çinin “bir kəmər bir yol” layihəsi çərçivəsində gördüyü dəhlizi öz nəzarətinə götürməklə Mərkəzi Asiyaya çıxış planında istifadə etmək niyyəti var.

Proseslərin inkişafı, xüsusilə bölgədə ABŞ və Rusiya maraqlarının toqquşması Zəngəzurun regionda yeni gərginlik ocağı ola biləcəyi ehtimalını gücləndirir.

Burada Əliyevin “Zəngəzura qayıdacağıq” sözlərinin cari perspektivdəki hədəflərini anlamaq mümkündür:

1. Bu açıqlamalar bölgədə erməni əhalisinin Paşinyan hakimiyyətinə qarşı etirazlarına əsas yaradır və mərkəzi hakimiyyətinin təsirini azaldır. Belə vəziyyət bölgənin gərginlik ocağı olması potensialını artırır.

2. Qarabağdakı gərginlik Zəngəzura – Ermənistanın daxilinə köçürülür;

Zəngəzurda gərginlik ocağının yaradılmasının Rusiyanın maraqlarına zidd olduğunu nəzərə alsaq, Bakı bununla Xankəndini Azərbaycana qarşı istifadə edən rusların qarşısında manevr imkanları da qazanır: sən Xankəndini qarışdırırsansa, biz də Zəngəzuru...

Bu baxımdan, Əliyevin Zəngəzura qayıdacağıq açıqlamasındakı “101 il bundan əvvəl bizim əlimizdən alınmış” ifadəsi təsadüfi deyildi.

Həşəratlara qarşı hansı dərmanlardan istifadə etməliyik?

Xəbər xətti

500-dən çox quş növü məhv ola bilər
00:14 01.07.2025
"Azərbaycan xalqına təşəkkürümü bildirmək istəyirəm"
23:59 30.06.2025
Ürək sağlamlığı üçün Gündə bir ovuc qoz ye
23:40 30.06.2025
Fransa polisi mülki şəxsləri öldürür
23:25 30.06.2025
Rusiyanın növbəti hədəfi Odessadır
23:13 30.06.2025
Bu qidalar iltihabı azaldır
22:54 30.06.2025
"ABŞ İrana milyardlarla dollar köçürüb"
22:39 30.06.2025
PKK-nın silahlarını təhvil verəcəyi tarix məlum oldu
22:27 30.06.2025
Uitkoff İranla müzakirələri davam etdirir
22:12 30.06.2025
Bəylər Eyyubovun yerinə təyin olunan Fərid Əsgərov kimdir?
21:15 30.06.2025
Gündə bir alma yemək bu xəstəliklərdən qoruyur
21:06 30.06.2025
İTV Kənan MM-in iddialarına cavab verdi
20:51 30.06.2025
Paşinyan kilsəni zərərsizləşdirə biləcək?
20:36 30.06.2025
Aralıq dənizində Rusiyadan bir milyon barel neft daşıyan gəmi partlayıb
20:19 30.06.2025
Vinçenzo Montellanın müqaviləsi uzadıldı
20:04 30.06.2025
Aİ rəsmisi Rusiyada azərbaycanlılara qarşı zorakılıqla bağlı paylaşım edib
19:49 30.06.2025
"Android" smartfonlarında "casus antenalara" qarşı qoruma funksiyası olacaq
19:34 30.06.2025
Paşinyan "xarici agentlər" haqqında qanun təklif etdi
19:19 30.06.2025
Fransanın radioaktiv tullantıları Azərbaycan sərhədində nə gəzir?
19:04 30.06.2025
Danimarkalı qadınlar orduya püşkatma ilə çağırılacaq
18:49 30.06.2025
Almaniyanın Ukraynaya maliyyə yardımı büdcəsindən 1 milyard avro "yoxa çıxıb"
18:34 30.06.2025
İran Ukraynaya nota verdi
18:19 30.06.2025
Tramp Suriyaya qarşı sanksiyaların yumşaldılması haqqında fərman imzalayacaq
18:04 30.06.2025
DİN "Sputnik Azərbaycan"da keçirilən əməliyyatla bağlı açıqlama verdi
17:55 30.06.2025
Bəylər Eyyubov vəzifəsindən azad edildi
17:39 30.06.2025
Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək
17:24 30.06.2025
Simonyandan Paşinyan haqqında danışdı: - “Antixristin kiçik barmağıdır”
17:09 30.06.2025
Peskov Azərbaycan XİN-in etirazına reaksiya verdi
16:54 30.06.2025
Avrasiya İttifaqı Özbəkistana “qarmaq” atır
16:39 30.06.2025
"Azərbaycanlıların Rusiyada öldürülməsi kök salmış şovinizmin təzahürüdür"
16:21 30.06.2025
Daha bir qrup dərman vasitəsinin qiyməti tənzimlənib
16:06 30.06.2025
İran ABŞ-dən zəmanət tələb edir
15:51 30.06.2025
Rusiya FTX-nin "Sputnik Azərbaycan"da çalışan iki əməkdaşı saxlanıldı
15:36 30.06.2025
İranda "Starlink" istifadəçiləri şallaqlana bilərlər
15:21 30.06.2025
Rusiya Ombudsmanı Yekaterinburqda azərbaycanlılara hücumlarla bağlı Baş Prokurorluğa müraciət edib
15:08 30.06.2025
Metsamor Cənubi Qafqazı Çernobilə çevirə bilər
14:53 30.06.2025
Səfərov qardaşlarının nəşi təhvil verildi
14:41 30.06.2025
Mirzoyan Lavrova elə öz sözləri ilə cavab verdi
14:38 30.06.2025
Rusiyada azərbaycanlıların cinayət işi Mərkəzi İstintaq Komitəsinə tapşırıldı
14:24 30.06.2025
"Sputnik Azərbaycan"da əməliyyat keçirilib
13:40 30.06.2025
Hamısı