İsrail Türkiyə telekanalının Qəzza zolağında yerləşən binasına zərbə endirib | Eurasia Diary - ednews.net

25 İyun, Cümə


İsrail Türkiyə telekanalının Qəzza zolağında yerləşən binasına zərbə endirib

Münaqişələr A- A A+

İsrail Türkiyənin TRT dövlət teleşirkətinin Qəzza zolağında yerləşən ofisinə raket zərbəsi endirib.

"Daily Sabah"dan verilən məlumata görə, bunu "TRT Arabi"nin rəsmi nümayəndəsi Oduz Eser deyib.

Onun sözlərinə görə, İsrailin buraxdığı raketlərdən biri "TRT Arabi"nin ofisinin yerləşdiyi binaya düşüb.

Bildirilir ki, İsrailin hərbi təyyarələrinin zərbələri telekanalın canlı efirində yayımlanırdı.

Qeyd edək ki, mayın 10-dan İsrail ordusu və Qəzza zolağındakı Fələstin qruplaşmaları arasında qarşılıqlı raket hücumları davam edir. Raket hücumları Şərqi Qüdsdə Əl-Əqsa məscidi yaxınlığında baş verən iğtişaşlardan sonra başlayıb.

Trend.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...