Qarabağdakı döyüşlər zamanı ölən daha 4 erməni hərbçisinin cəsədinin qalıqları tapılıb.
Eurasia Diary bildirir ki, bu barədə “Sputnik Armeniya” məlumat yayıb.
Cəsədlərin qalıqları Füzuli və Cəbrayıl rayonları ərazisində aşkarlanıb.
Onların şəxsiyyətini müəyyənləşdirmək üçün məhkəmə-tibb ekspertizası təyin ediləcək.
Bununla da indiyədək tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1 567-yə çatıb.