Əfqanıstan hökuməti Talibanla əməkdaşlığa hazır olduğunu bildirib | Eurasia Diary - ednews.net

24 Sentyabr, Cümə

Əfqanıstan hökuməti Talibanla əməkdaşlığa hazır olduğunu bildirib

Münaqişələr A- A A+

“Əfqanıstan hökuməti Taliban hərəkatı ilə əməkdaşlığa hazırdır, yalnız bir şərtlə - terroru dəstəkləməyi dayandırmalıdır”.

EDNews.net  APA-ya istinadən xəbər verir ki, bunu Əfqanıstanın xarici işlər naziri Məhəmməd Hənif Atmar “İzvestiya” qəzetinə müsahibəsində bildirib.

Nazir qeyd edib ki, Talibanın qarşısında çox şərt qoyulmur: “Yalnız ölkə daxilində Əfqanıstanın gələcəyi xalqın azad iradəsi ilə həll edilməli və xarici sərhədlərdə ölkə üçün təhlükə yaradılmamalıdır. Heç bir xarici terror gücünə sahib olmamalıyıq. Taliban üzvlərini hökumətə orqanlarına götürməyə, onlarla sül bağlamağa hazırıq”.

Atmar əlavə edib ki, hökumət terroru dəstəkləməyi dayandırmaq şərti ilə Talibanı bir hissəsi olaraq qəbul etməyə razıdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...