Ermənistanın keçmiş prezidentləri Robert Koçaryan, Sej Sarqsyanın nəzarətində olan, eləcə də ayrı-ayrı millətçi, terrorçu qruplara xidmət edən kütləvi informasiya vasitələri revanşizm, növbəti müharibə, erməni ruhu barədə nağıllar danışsa da, sadə ermənilər acı həqiqəti anlamağa başlayıblar. Onlar bu cür revanşizm çağırışlarının ölkənin sonuna gətirəcəyini aydın başa düşürlər.
Artıq iş o yerə çatıb ki, sadə ermənilər açıq şəkildə Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini, bu torpaqların vaxtında dinc, danışıqlar yolu ilə qaytarılmamasının sonda qanlı müharibə ilə başa çatdığını deyirlər. İrəvan küçələrində jurnalistlərlə danışan ermənilər növbəti müharibənin onların sonu olacağını etiraf edirlər.
Bundan başqa, ermənilər etiraf edirlər ki, müharibə vaxtı Azərbaycan Xankəndini belə, almaq iqtidarında olsa da, dayanıb. Şuşa isə bəzilərinin iddia etdiyi kimi döyüşsüz təslim edilməyib, şəhər uğrunda ağır döyüşlər gedib və Azərbaycan ordusu Şuşanı azad edib.
İrəvan sakinləri Paşinyanı Azərbaycanla sülh danışıqları, sülh müqaviləsi üzərində düşünməyi və xalqı böyük bəladan xilas etməyə çağırıblar.
EDNews.net İrəvan küçələrində çəkilən reportajı təqdim edir: