İrəvandan növbəti təxribat - Əsgərimizin adını ictimailəşdirdi - ednews.net

28 Yanvar, Cümə

İrəvandan növbəti təxribat - Əsgərimizin adını ictimailəşdirdi

Münaqişələr A- A A+

Dekabrın 3-də əsgərimizə hücum etdiyi üçün zərərsizləşdirilən və bu gün meyiti ailəsinə təhvil verilən Seyran Sərkisyanla bağlı Ermənistan hüquq-mühafizə orqanları yeni informasiya təxribatına əl atıb.

EDNews.net xəbər verir ki, araşdırılma üçün Azərbaycan, Ermənistan hüquq-mühafizə orqanı əməkdaşlarından və Rusiya sülhməramlılarından ibarət qrup olay yerinə baxış keçirib, hadisənin necə baş verməsi haqda əsgərimizdən təfərrüat öyrənilib.

Bunun ardınca isə guya Qarabağdakı separatçı tör-töküntüsü “rus sülhməramlıları ilə əməkdaşlıq” nəticəsində S.Sərkisyanı zərərsizləşdirən Azərbaycan əsgərinin adını öyrənməyə “müvəffəq olub” və əsgərimizin adı media vasitəsilə tirajlanıb.

"Rus sülhməramlıları ilə əməkdaşlıq" nəticəsində adın öyrənilib yayılması əlbəttə ki, erməni məkridir, Ermənistanın hüquq-mühafizə orqanlarının azərbaycanlı həmkarları ilə üz-üzə gələrkən məsuliyyətdən yayınmaq cəhdidir. Ancaq bütün hallarda Azərbaycan hüquq-mühafizə orqanlarına rus sülhməramlılarından da açıqlama tələb etməyə heç nə mane olmur.

Şübhəsiz ki, əsgərimizin adını Qarabağdakı separatçı tör-töküntüsünə sızdıran Ermənistan hüquq-mühafizə orqanlarıdır və İravanın siyasi iradəsindən kənarda deyil. Bu, istintaq sirrini yaymaqla bərabər, terrorun hədəfini də göstərməyə cəhddir. Xüsusilə Norayr Mirzoyanın Şuşa yaxınlığındakı posta qumbara atmasından sonra ermənilərin terroru necə dəstəklədiyi üzə çıxdı. Xankəndidə, rus sülhməramlılarının qoruması altında olan separatçı tör-töküntüsünə təhvil verilən N.Mirzoyanın isə ümumiyyətlə necə “istintaq edildiyi” haqda məlumatımız belə yoxdur.

Azərbaycan əsgərinin adını ictimailəşdirdiyinə görə Azərbaycan Baş Prokurorluğu erməni və rus mütəxəssislərlə birgə sözügedən olayın araşdırılmasını davam etdirməkdəm imtina haqqı qazanır. Hətta bundan sonrakı mümkün belə hallar zamanı Azərbaycan Baş Prokurorluğunun terrorçu ermənini zərərsizləşdirən əsgərimizi erməni və rus istintaqçılara tanıtmamağa, onun ifadəsinin alınmasına imkan verməməyə tam hüquqi əsası var.

Ümid edirik ki, bu faktdan Baş Prokurorluq gələcəkdə maksimum istifadə edəcək.

Ordumuzun isə əsgərimizin təhlükəsizliyi üçün artıq addım atdığına şübhə etmirik.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...