Kəlbəcər rayonu istiqamətində mövqelərimiz intensiv atəşə tutulub - ednews.net

18 Yanvar, Çərşənbə axşamı

Kəlbəcər rayonu istiqamətində mövqelərimiz intensiv atəşə tutulub

Münaqişələr A- A A+

Dekabrın 8-i saat 14.35-dən 15.30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan istifadə etməklə heç bir səbəb olmadan intensiv atəşə tutub.

Bu barədə EDNews.net-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Qarşı tərəfin susdurulması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Azərbaycan Ordusunun şəxsi heyəti və texnika baxımından itkisi yoxdur.

Əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...