Qarabağdakı separatçı-terrorçu rejimin "təmsilçi"lərindən biri Rusiyada həbs edilib - ednews.net

17 Yanvar, Bazar ertəsi

Qarabağdakı separatçı-terrorçu rejimin "təmsilçi"lərindən biri Rusiyada həbs edilib

Münaqişələr A- A A+

Azərbaycanın vaxtilə işğal altında olmuş, hazırda Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi Qarabağ bölgəsindəki separatçı-terrorçu rejimin "təmsilçi"lərindən biri olan Boris Avaqyan Rusiyada həbs edilib.

EDNews.net "Aysor"a istinadən xəbər verir ki, o, Sankt-Peterburq şəhərində saxlanılıb.

Rusiyanın hüquq-mühafizə orqanları B.Avaqyanı qaçaqmalçılığa görə axtarışa veribmiş.

Onun dövlət sərhədini necə keçərək Rusiya ərazisində peyda olması məsələsi də araşdırılır.

Qeyd edək ki, B.Avaqyan separatçı-terrorçu rejimin "təhlükəsizlik xidməti"nin direktor müavini olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...